İdman
Danimarka Bakı 2015 üçün ilk beş idmançısının adını açıqlayıb
Danimarka Olimpiya Komitəsi (DOK) Bakı 2015-də yarışacaq ilk beş idmançının adını müəyyənləşdirib.
Publika.az xəbər verir ki, Bakı 2015-in başlamasına 100 gün qalmış DOK Rene Holten Poulsenin avarçəkmə, Simone Teşe Kristensenin BMX velosiped idmanı, Kasper Stenderupun triatlon, eləcə də Peter Kildeqard Andersen və Kristoffer Abellin çimərlik voleybolu üzrə Avropa Oyunlarında yarışacaqlarını elan edib.
“Danimarka komandasının Azərbaycanın paytaxtı Bakı şəhərində 17-yə yaxın idman növü üzrə 65 idmançı ilə təmsil olunacağı proqnozlaşdırılır”. Bunu Danimarka nümayəndə heyətinin rəhbəri Morten Rodtvit mətbuata açıqlamasında deyib. O, əlavə edib ki, Danimarka komandası Avropa Oyunlarında bir neçə idman növü üzrə yüksək potensiala malikdir.
Poulsen keçmiş dünya çempionudur və 2008-ci ildə Pekində gümüş medal qazanıb. Kristensen 2012-ci ilin BMX Avropa çempionatında bürünc medal əldə edib. Stenderup dəfələrlə triatlon üzrə ölkə çempionu olub.
Rodtvit bildirib ki, Avropa Oyunları 2016-cı ildə Rio Olimpiya Oyunlarına hazırlaşan bir neçə idmançı üçün əla sınaq yarışı olacaq.
“Bakıda nə qədər peşəkar Avropa atletləri çıxış edərsə, bir o qədər də Danimarka idmançılarının Rio 2016 Olimpiya Oyunlarına hansı səviyyədə hazırlıqlı olduqları məlum olacaq”, – deyə Rodtvit qeyd edib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi