Platini 3-cü dəfə UEFA prezidenti seçildi
Bizi izləyin

İdman

Platini 3-cü dəfə UEFA prezidenti seçildi

UEFA prezidenti Mişel Platini postunda qalıb.

Publika.az xəbər verir ki, əfsanəvi fransız futbolçu bu gün növbəti dəfə UEFA prezidenti seçilib.

UEFA-nın bugünkü Konqresində keçirilən seçki zamanı Platini prezidentliyə yeganə namizəd olub və 3-cü dəfə bu postu tutmağa layiq görülüb. 60 yaşlı Platini qarşıdakı 4 ildə də Avropanı birləşdirən quruma rəhbərlik edəcək.

Qeyd edək ki, Mişel Platini 2007-ci ildən UEFA-ya başçılıq edir.

Konqresdə AFFA rəhbərliyi də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm