İdman
6-cı Beynəlxalq "Baku Open" turniri başlanır
Aprelin 11-12-də 6-cı Beynəlxalq "Baku Open" turniri keçiriləcək.
Publika.az xəbər verir ki, yarışda karateçilərimizlə birgə Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan və Gürcüstandan olan idmançılar iştirak edəcəklər.
Şənbə günü kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində döyüşəcəklər. Ertəsi gün yeniyetmə və gənclər yarışa qatılacaqlar.
Yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq, qızlar isə -47 kq, -54 kq, +54 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.
Gənclərdən oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq, qızlar isə -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışda iştirak edəcəklər.
Turnirin təntənəli açılış mərasimi 11 aprel, saat 17:00-a təyin edilib. Əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçiriləcək. Onlar 40-50 yaş arası və 50 yaşdan yuxarı kateqoriyalarda mübarizə aparacaqlar.
6-cı Beynəlxalq "Baku Open" turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnir federasiyanın saytı vasitəsilə canlı yayımlanacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR