İdman
Bakı-2015: Hesabat konfransı keçirildi
Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına həsr olunan konfrans keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, ABF-nin vitse-prezidenti Ağacan Əbiyev və MOK-nin vitse-prezidenti Xəzər İsayev iştirak edib.
Publika.az xəbər verir ki, I Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransındakı çıxışı zamanı gənclər və idman naziri Azad Rəhimov bir çox məsələlərə toxunub:
"Hazırda BEGOC-da 1500-dək əməkdaş çalışır. Onların əksəriyyəti yerli, 500-ə yaxını isə xarici mütəxəssislərdir. Onların köməkliyi ilə Avropa, dünya tarixində ilk Avropa Oyunları Bakıda keçiriləcək. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan tarixində ən böyük hadisədir. Dəfələrlə Prezident İlham Əliyev vurğulayıb ki, qitəmiqyaslı yarış olmasına baxmayaraq, Avropa Oyunlarını dünya səviyyəsində keçirməliyik. 2 il ərzində çox böyük işlər həyata keçirilib. Görürsünüz ki, Bakının siması necə dəyişilib. Yollar, binaların fasadları dəyişib, idman qurğuları, yeni hava limanı tikilib. Stend atıcılığı mərkəzi qurulub ki, bunun bəlkə də dünyada analoqu yoxdur. Aprelin sonlarınadək bütün qurğular istifadəyə veriləcək. Həm təhlükəsizlik, həm də nəqliyyat baxımından işlər görülür və heç bir gecikmə yoxdur".
A.Rəhimov bildirib ki, Bakı 2015-də 17-18 min könüllü olacaq və onların 5000-i açılış və bağlanış mərasimlərində iştirak edəcək:
"Yeni tamaşaçı proqramı həyata keçirilir. Burada əsas məqsəd Bakı sakinlərini idman zallarına dəvət etməkdir".
Nazir həmçinin onu da bildirib ki, I Avropa Oyunlarında Azərbaycanın əsas məqsədlərindən biri də çoxlu medal qazanmaqdır.
Daha sonra tədbir qapalı davam edib.
Aygün
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR