Futbol ulduzlarından “Fənərbaxça”ya dəstək
Bizi izləyin

İdman

Futbol ulduzlarından “Fənərbaxça”ya dəstək

Türkiyəni sarsıdan “Fənərbaxça”nın avtobusuna silahlı basqın xəbəri dünya ulduzlarının da diqqətindən yayınmayıb. Ronaldodan Hazarda, Cerrarddan Suaresədək bir çox futbolçu “Fənər”dəki dostlarına dəstək olub.

Publika.az xəbər verir ki, təəccübünü gizlədə bilməyən ulduzlar “belə şey necə ola bilər” deyib. Hadisədən sonra Türkiyədə vaxtilə top qovan futbolçular sabiq oyundaşlarıyla əlaqə saxlayıb və narahat olduqlarını bildiriblər. Bu hadisəyə kəskin reaksiya verənlərdən biri dünyanın ən yaxşı futbolçusu, “Qızıl top”un son sahibi Kriştiano Ronaldo olub. O, əvvəlcə dostu Raul Meyreleşlə, sonra həmyerlisi Bruno Alveşlə danışıb. Mussa Sounu “Lill”də çiyin-çiyinə oynadığı, hazırda “Çelsi”nin lideri sayılan Eden Hazard axtarıb. Seneqal millisindən də ona “keçmiş olsun” deyənlər olub.

“Liverpul”da xeyli dostları olan Dirk Kuyta görə də sabiq oyundaşları narahatlıq keçirib. Həmyerliləri Robben, Van Persi, eyni zamanda Cerrard, Suares, Şkrtel də baş verənlərə görə üzüldüyünü deyib və Kuyta dəstək olublar.

Kamerun Futbol Federasiyasının rəhbəri Jozef Ovana başda olmaqla, millidəki oyundaşları Eto`O, Sonq kimi məşhur futbolçular Veboya zəng vuraraq, ona təsəlli veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm