İdman
Azərbaycanlı K-1 üzrə Qran-pri turnirinin qalibi olub
Moldovada keçirilən K-1 üzrə "KOK – King of Kings World" Qran-pri turnirində ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən Tural Bayramov yerli idmançı Sergey Morariy üzərində parlaq qələbə qazanıb. İdmançımız uğurlu çıxışı ilə turnirin qalibi adını qazanıb.
T.Bayramovun parlaq qələbə ilə bağlı Bakıda jurnalistlər üçün
keçirdiyi mətbuat konfransında Azərbaycanın və Yaxın Şərqin K-1
nümayəndəliyinin - “Best of the Best Promotion”un rəhbəri Elnur
Məmmədov, üçqat dünya çempionu Tural Bayramov və başqaları iştirak
ediblər.
Tədbirdə çıxış edən Elnur Məmmədov idmançımızı qələbə münasibətilə
təbrik edib. Bildirib ki, “Eurosport” kanalının top onluğuna düşən
döyüşdən sonra Moldovanın sabiq prezidenti Vladimir Voronin
idmançımızı təbrik edib. Azərbaycanlı idmançının uğurlu çıxışı
yerli azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. “Best of the
Best Promotion”un rəhbəri rəqibin Moldovanın bir nömrəli döyüşçüsü
olmasına baxmayaraq, Turalın da döyüşə yaxşı hazırlaşdığını
deyib.
Turnirin qalibi Tural Bayramov bildirib: “Rəqib gözlədiyimdən də
yaxşı hazırlaşmışdı. Döyüşdən sonra məşq yoldaşları onun bu döyüşə
aylarla hazırlaşdığını dedilər. Mən həm texniki, həm taktiki, həm
də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Məşqçilərin
verdiyi tapşırıqları yerinə yetirdim”.
Tural Bayramov, həmçinin dünyanın bütün güclü döyüşçüləri ilə
rinqdə görüşməyə hazır olduğunu qeyd edib.
K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur
Məmmədov gələcək planlarla bağlı məlumat verib. O, mayda mötəbər
qran-pri silsiləsindən olan turnirə dəvət aldıqlarını deyib. Həmin
yarışda Alim Nəbiyevin iştirak edəcəyini vurğulayan rəsmi nümayəndə
iyunda Almaniyada keçiriləcək yarışda da ölkəmizin təmsil
olunacağını bildirib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR