İdman
İdmançılarımız Ukraynada 7 medal qazandı – FOTO
Ukraynanın Xarkov şəhərində keçirilən taekvondo üzrə G-1 kateqoriyalı “Ukraine Open Cup” beynəlxalq turnirinə yekun vurulub.
Publika.az-ın məlumatına görə, turnir millimiz üçün uğurla başa çatıb. Komandamız turnirdən vətənə 3 gümüş, 4 bürünc medalla dönür.
Millimiz yarışın ilk günü uğura imza atıb. Kişilər arasında 80 kq çəki dərəcəsində mübarizəyə qatılan taekvondoçumuz Milad Beigi Harçeqani yalnız finalda məğlub olaraq turnirin gümüş medalını qazanıb.
Qadın taekvondoçulardan 67 kq çəki dərəcəsində mübarizəyə qatılan Fəridə Əzizova da çempionluğun bir addımlığında dayanıb. Qızıl medal uğrunda final döyüşündə son Olimpiya Oyunlarının gümüş mükafatçısı Nur Tatara 5:3 uduzaraq, turnirin gümüş medalına layiq görülüb. Günay Ağakişiyeva (57 kq) isə yarışı bürünc medalla başa vurub.
Yarışın ikinci günü 68 kq çəki dərəcəsində təmsilçimiz Ayxan Tağızadə də final qarşılaşmasında qızıl xalda məğlub olaraq gümüş medal, Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeeva (73 kq) isə turniri bürünc medalla bitiriblər.
Qeyd edək ki, yığmamız vətənə sabah qayıdacaq.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO