İdman
Almanların “qara” həftəsi, yeganə qolsuz oyun və son dəqiqədə əldən verilən qələbə
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Publika.az xəbər verir ki, Almaniya klubları üçün bu həftə uğursuzluqla yadda qalıb. Çempionlar Liqasında “Bavariya”nın məğubiyyətindən sonra Avropa Liqasında mübarizə aparan “Volfsburq” da uğursuzluqla üzləşib. Ötən mərhələdə “İnter”ə yaşatdığı acını bu dəfə “Canavarlar”a başqa bir İtaliya klubu “Napoli” yaşadıb.
"Qarabağ"ın qrup mərhələsində rəqibi olmuş "Dnepr" "Brügge"nin qonağı olub. Ukraynalılar bundan öncəki turda "Ayaks"ı əlavə vaxtda səfərdə vurulan qol hesabına keçmişdi. "Brügge" isə "Beşiktaş"ı hər iki oyunda məğlub etmişdi. Belçikada keçirilən oyun günün qol vurulmayan yeganə matçı olub - 0:0.
AL-in favoritlərindən sayılan "Sevilya" 1/4 final mərhələsinin ilk oyununda "Zenit"i qəbul edib. Ruslar "Sevilya" ilə oyuna ciddi itkilərlə çıxıb. Belə ki, piterlilər ispanlarla oyunda cəzalı Danni, Krişito, Halk və Smolnikovun xidmətindən istifadə edə bilməyib. Buna baxmayaraq, ruslar ispanlara ciddi müqavimət göstərib. "Zenit" oyunun gedişində 1:0 hesabıyla önə keçməsinə baxmayaraq, sona iki dəqiqə qalmış buraxdığı qolla matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
1/8 finalı "Everton"u darmadağın edərək keçən Kiyev "Dinamo"su eyni aqibəti "Roma"ya yaşadan "Fiorentina"nı qəbul edib. "Dinamo" hazırda Ukrayna çempionatında əzəli rəqibi "Şaxtyor"u 5 xal qabaqlayaraq birinci pillədə qərarlaşıb. "Fiorentina" isə Çempionlar Liqasına vəsiqə verən üçüncü pillədən 8 xal geri qalır. Ukraynalılar oyunun böyük hissəsini 1:0 öndə keçirsə də, 92-ci dəqiqədə Babakara mane ola bilməyiblər - 1:1.
Avropa Liqası, 14 final mərhələsi, ilk oyunlar
Sevilya - Zenit 2:1
Bakka, 73. Suares, 88 - Ryazantsev, 29.
Volfsburq - Napoli 1:4
Bendtner, 80 - İquayn, 15. Hamşik, 24; 64. Qabbiadini, 77.
Dinamo K - Fiorentina 1:1
Lens 36 - Babakar, 92.
Brügge - Dnepr 0:0
Cavab oyunları aprelin 24-də keçiriləcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR