İdman
Azərbaycan və Fransa qrossmeysterləri sülhlə ayrıldılar
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2015" turnirində ilk turda Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə oynayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov partiya haqda fikirlərini bildirib.
Trend-in məlumatına görə, o jurnalistlərə bildirib ki, Şəmkirdə
təşkilatçılıq yüksək səviyyədədir: "Ümumiyyətlə yaxşı ki, Şəmkirdə
oynayırıq. Burada hər cür şərait var. Fevralda mənə bu turnirdə
oynayacağımı dedilər. Bir həftə hazırlaşmışam. Hazırlıq millimizin
kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında olub. Düzünü desəm
mənim üçün Şəmkirdə bütün rəqiblər güclüdür. Burada zəif rəqib
yoxdur. İlk oyuna gəlincə sonradan ciddi təhlil edəcəm. Çalışdım
sakit oynayıb. Səbrlə və təmkinlə mübarizə aparmaq istəyirəm.
Qarşıda bizi 8 tur gözləyir. Tələsmək səhvə səbəb ola bilər.
Heç-heçə ədalətli nəticədir".
Rauf Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikin Şəmkirdə
olan şahmatçılar arasında gələcəyin iki dünya çempionunun olduğunu
deməsinə münasibət bildirib: "Kramnik kimləri nəzərdə tutub?
Bilirsiniz fikrimcə Maqnus Karlsen hələ uzun müddət şahmat tacını
özündə saxlayacaq. 30 ildən sonra kimsə onu uda bilər. Hazırda
Karlsen bir nömrədir".
Fransız Maksim Vaşye-Laqrav Şəmkirdəki ilk partiya haqda bunları
deyib: "Həyəcan yox idi. Sakit oyun oldu. Bərabərlik normal
nəticədir. Sadəcə qarşıda bizi daha güclü rəqiblərin gözlədiyini
düşünürəm. Kramnik, Anand və Karlsenlə oyunlar var. Həvəsdən düşmək
olmaz. Şəmkir hər bir şahmatçı üçün ciddi çağırışdır".
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO