İdman
AFFA rəsmisi: “Maşını onu tapan jurnalistə hədiyyə edəcəm”
Bəzi internet portallarında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu barədə məlumatlar yayılıb.
Məlumatda iddia olunur ki, AFFA sözçüsü hansısa klub rəhbərindən oğluna maşın almağı xahiş edib.
Publika.az xəbər verir ki, Mikayıl Nərimanoğlu “facebook”dakı səhifəsində məsələyə münasibət bildirib. Onun fikirlərini olduğu kimi təqdim edirik:
“KİV əməkdaşlarının nəzərinə!
Hörmətli həmkarlar !
Son günlər bəzi internet portallarında mənim xahişimə əsasən hansısa klub rəhbəri tərəfindən oğluma maşın alındığı barədə əsassız məlumatlar yayılır.
Bunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, bunu sona qədər araşdırın. Kim mənim oğluma və mənə hansısa maşının kimsə tərəfindən hədiyyə edildiyini tapsa, mən həmin maşını o jurnalistə hədiyyə edəcəm.
Məlumat üçün bildirirəm ki, böyük oğlum əsgərlikdədir (daxili qoşunlarda), kiçik oğlum isə hələ orta məktəbdə oxuyur”.
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO