İdman
Güləşçilərimiz Bolqarıstandan 5 qızıl və 2 bürünc medalla qayıdır
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri başa çatıb.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata
görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın
üzvləri turniri 5 qızıl və 2 bürünc medalla tamamlayıb.
Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün
rəqiblərindən üstün olub və qızıl medala sahib olub. Güləşçimiz
Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini
mübarizədən kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medal
qazanıb.
Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün
rəqiblərindən üstün olub, yığmamıza qızıl medal qazandırıblar.
Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşadan iki və finalda
Türkiyə güləşçisi üzərində qələbə əldə edib. Cəmaləddin Məhəmmədov
isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna
təmsilçisinin kürəyini yerə vurub.
57 kq-da mübarizə aparan Ruslan Surxayev isə, bürünc medala sahib
olub, həlledici görüşdə güləşçimiz Yaponiyalı rəqibindən üstün
olub.
Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələridə pəhləvanlar
qüvvəsini sınayır. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya
çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça
üzərinə çıxıb. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə
qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif
turnirin qızıl medalını qazanıb.
Olimpiya və Dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında
turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla
mükafatlandırılıb.
Yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi
Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8
güləşçimiz mübarizə aparıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim
Əbdül Nuriyev təmsil edib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO