İdman
Ronaldo tarixə düşdü
Kriştiano Ronaldo Çempionlar Liqasının tarixinə düşüb. Publika.az xəbər verir ki, "Şalke 04"lə oyunda dubl edən portuqaliyalı ulduz turnirin ən çox qol vuran üçüncü futbolçusuna çevirilib.
Belə ki, Kriştiano və Ruud van Nistelrooyun aktivində 60 top var idi. "Şalke 04"lə oyunda iki qol vuran portuqaliyalı qol sayını 62-yə çatdırıb. Ronaldo bu siyahıda Raul Qonzales və Lionel Messidən geri qalır. "Real" və "Şalke 04"lə Çempionlar Liqasında oynamış Raulun aktivində 71 top var. "Barselona"lı Messi isə bu turnirdə 66 dəfə fərqlənib.
Ronaldo ilə bağlı maraqlı bir statistika da var. Belə ki, portuqaliyalı ulduz 2012/13 mövsümündən sonra Çempionlar Liqasının səfər oyunlarında 15 qola imza atıb. "Barselona" isə komanda halında səfərdə 13 dəfə fərqlənə bilər.
Qeyd edək ki, cari mövsümdə 11 qol vuran Ronaldo Çempionlar Liqasının bombardirlər siyahısına başçılıq edir. Onu 10 topla PSJ-nin ulduzu Zlatan İbrahimoviç izləyir. Messi isə 7 dəfə fərqlənib.
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO