İdman
“Land of Fire - Azerbaijan” daha bir il “Atletiko Madrid”in köynəyində - FOTO
“Atletiko Madrid” klubunun oyunçuları daha bir il üzərində “Land of Fire - Azerbaijan” yazılmış idman geyimində yaşıl meydanlara çıxacaqlar.
Martın 1-də İspaniyanın paytaxtı Madriddəki “Visente Calderon”
stadionunda “Atletiko Madrid” klubu ilə Azərbaycan arasında
imzalanmış əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması
ilə bağlı təntənəli mərasim keçirilib.
Mərasimdə çıxış edən “Atletiko Madrid” klubunun prezidenti Enrike
Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər
səsləndirib. O bildirib ki, layihə dünya futbol aləminə yenilik
gətirib. İlk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz
ölkə təbliğ olunmağa başlayıb. Bu layihə ilə yüz minlərlə insan
güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından
tanıyıb. Futbol xalqların yaxınlaşmasına xidmət etməklə, dünyada
sülhü təbliğ edir. Bizim əməkdaşlığımız bunun gözəl nümunəsidir.
Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə
tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya
Ticarət Palatası yaradıldı.
“Atletiko”nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırladan
klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və
mehribanlığına heyran qaldıqlarını vurğulayıb.
Sonra “Atletiko Madrid” ilə “Bakı” klubu arasındakı əməkdaşlığı əks
etdirən videoçarx nümayiş olunub.
“Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov çıxışında bu
layihənin təmsil etdiyi komandanın və ümumilikdə Azərbaycan
futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev ölkələrimiz
arasındakı əlaqələrin bugünkü vəziyyətindən danışaraq qeyd edib ki,
bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaq. O,
tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və
idman həyatı barədə məlumat verib. Səfir “Land of Fire -
Azerbaijan” layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə
çatdırıb.
Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas
heyətin futbolçuları və azərbaycanlı qonaqlar klubun rəmzi
köynəyini imzalamışlar.
Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya
əsasən, “Atletiko Madrid” klubunun oyunçuları üzərində “Land of
Fire - Azerbaijan” loqosunun əks olunduğu idman geyimində yaşıl
meydanlara çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı
futbolçular “Atletiko” klubunun futbol akademiyasında təlimlər və
yoldaşlıq görüşləri keçirəcəklər. Hazırda 16 yaşlılardan ibarət
yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq
toplanışındadırlar.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...