İdman
Azərbaycan yığması birinci oldu
Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər
arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən
ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığması birinci
oldu.
Aprelin 19-da başa çatan yarışlarda güləşçilərimiz 9 medal
qazanıblar. Bunlardan 5-i qızıl, 1-i gümüş və 3-ü isə bürünc olub.
Ümumilikdə isə Azərbaycan güləşçiləri aprelin 16-dan 19-dək
keçirilən turnirdə 16 qızıl, 14 gümüş və 23
bürünc medal qazanıblar.
Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri
daşıyan turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş
üzrə 148 idmançı mübarizə aparıb. Yarışda Zalimxan Maqomedsultanov
(50 kq, Rusiya), Mahir Əmiraslanov (55 kq, Azərbaycan), Vurğun
Əliyev (60 kq, Azərbaycan), Enes Uslu (66 kq, Türkiyə), Murad
Süleymanov (74 kq, Azərbaycan), Hacımurad Məhəmmədsəidov (84 kq,
Azərbaycan), Givi Matçaraşvili (Gürcüstan, 96 kq), Səid Həmidov
(120 kq, Azərbaycan) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən
medal, diplom və pul mükafatı ilə təltif olunublar.
Komanda hesabında Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri
tutub.
Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran,
Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan,
Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri
iştirak edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu