İdman
Zidan və Ronaldonun komandası uduzdu
Sent-Etyenin “Ceffrua-Qişar” stadionunda dünya ulduzlarının iştirakı ilə xeyriyyə matçı keçirilib.
Publika.az xəbər verir ki, Zinəddin Zidan və Ronaldonun dostlarının komandası “Sent-Etyen”nin keçmiş və indiki futbolçularına qarşı oynayıb. 34 min azarkeşin izlədiyi qarşılaşma olduqca baxımlı alınıb. Qapılara 16 qol vurulub. Zidan və Ronaldonun dostlarının komandası 7:9 hesabı ilə məğlub olub.
Azarkeşlər Braziliya futbolunun əfsanələrindən sayılan Ronaldonun oyunundan zövq alıblar. “Yekədiş” artıq çəkiyə baxmayaraq, qol vurma duyumunu itirmədiyini göstərib. O, rəqib qapısından 3 qol keçirib.
“Sent-Etyen”nin heyətində hazırda Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq 3 dəfə fərqlənib.
Xeyriyyə oyununda Klarens Zeedorf, Fabian Bartez, Edvin Van Der Sar, David Trezeqe kimi məşhur ulduzlar iştirak edib.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...