Nəhəngləri dayandırmağın yeni üsulu – “Real” və “Atletiko”ya da transfer qadağası
Bizi izləyin

İdman

Nəhəngləri dayandırmağın yeni üsulu – “Real” və “Atletiko”ya da transfer qadağası

“Real” və “Atletiko” qarşıdakı iki transfer dönəmində futbolçu ala bilməmək təhlükəsiylə üz-üzədir.

Publika.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. FİFA hər iki İspaniya nəhənginə transfer qadağası qoya bilər.

Çox güman ki, ali futbol qurumu hər iki klubun 18 yaşdan aşağı oyunçuları transfer edərkən qanunsuzluğa yol verdiyi üçün onların 2015-ci ilin yay və 2016-cı ilin qış transfer dönəmində heyətlərinə oyunçu qatmalarına qadağa qərarını yaxın günlərdə açıqlayacaq.

Həm “Real”, həm də “Atletiko” bununla bağlı İdman Arbitraj Məhkəməsinə (İAM) müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, FİFA daha öncə digər İspaniya nəhəngi “Barselona”ya transfer qadağası qoymuşdu. Bu üzdən kataloniyalılar yanvarda olduğu kimi, mövsümün sonunda da oyunçu ala bilməyəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm