İdman
Qəbələdə rekord, Bakıda anti-rekord qırıldı
Azərbaycan Premyer Liqasının 32-ci turu mövsümün ən uzun qələbə və qələbəsiz seriyalarının qırılması ilə əlamətdar olub. “Qəbələ” ardıcıl 8 qələbədən sonra ilk xal itkisi ilə üzləşib, “Bakı” isə 19 matçlıq həsrətə son qoyub.
Publika.az xəbər verir ki, çempionatın lideri “Qarabağ”la ev oyununda 1 xalla kifayətlənən (1:1) “Qəbələ” 76 gündən sonra xal itirib. Əyalət təmsilçisi sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə görüşdə (1:3) qalib gələ bilməmişdi. Bundan sonra Roman Qriqorçukun yetirmələri “Xəzər Lənkəran”ı 3:1 və 1:0, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0, “Neftçi”ni 3:1 hesabı ilə məğlub etmişdi. Bu cari mövsüm ən yüksək nəticədi. 2-ci nəticəyə malik “Qarabağ”ın qələbə seriyası 6-ya bərabərdir.
“Xəzər Lənkəran”la qarşılaşan “Bakı” isə 2015-ci ildə ilk qələbəsini qazanıb - 2:1. Paytaxt təmsilçisi son qələbəsini oktyabrın 25-də AZAL-la səfər oyununda qazanmışdı - 1:0. 189 gündən sonra 3 xal əldə edən İbrahim Uzuncanın yetirmələri bu müddətdə 6 heç-heçə edib, 13 dəfə uduzmuşdu. Mövsümün antirekordçusu olan “Bakı” bu göstəricidə 2-ci olan “Sumqayıt”dan 6 matç uzun seriyaya imza atıb.
Azərbaycan çempionatları tarixinin rekordu “Kəpəz”ə məxsusdur - 20 oyunluq qələbə seriyası. Qələbəsiz oyunlarda anti-rekord isə “Şəfa”ya məxsusdu - 33 matç.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi