İdman
Millimizin heyəti açıqlanıb
Mayın 8-dən 10-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
Publika.az xəbər verir ki, yarışda 50 ölkədən 383 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Bunlardan 228-i kişi, 155-i isə qadın cüdoçudur.
Azərbaycan millisinin mötəbər turnir üçün heyəti açıqlanıb. Kişilərin yarışında ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev, Davud Məmmədov (hər üçü 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov, Hidayət Heydərov, Rəşad Rufullayev (hamısı 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli, Vüqar Bayramov, Elvin Əhmədli (hamısı 73 kq), Rüstəm Alimli, Abdulhaqq Rəsullu, Ziya Namazov, Afiq Səfərli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Safquliyev, Firudin Dadaşov, Hikmət Cəbiyev (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Cəlil Şükürov (hər üçü 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcək.
Qadınların yarışında isə tatami üzərinə Aişə Qurbanlı, Leyla Əliyeva, Şəhla Babayeva (hər üçü 48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova, Gülsədəf Kərimova (hər üçü 63 kq), Nərgiz İbrahimova, Validə Mirzəzadə (hər ikisi 70 kq), Leyla İsgəndərli və Günel Həsənli (hər ikisi 78 kq) çıxacaqlar.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO