İdman
Həbs olunan FİFA məmurlarının adları açıqlandı
İsveçrədə korrupsiya fəaliyyəti ilə əlaqədar həbs olunan FİFA məmurlarının adları açıqlanıb.
Publika.az xəbər verir ki, saxlanılanlardan 2-si FİFA vitse-prezidentləri Ceffri Uebb və Euqenio Figeredodur.
Qalan məmurlar isə İcraiyyə Komitəsinin sabiq üzvü Cek Uorner, habelə Eduardo Li, Xulio Roxa, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leosdur. Həbslər mayın 29-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq Hesabat-Seçki Konqresi ərəfəsində gerçəkləşib. Konqres çərçivəsində FİFA prezidenti seçkisi keçiriləcək. Bu vəzifəyə qurumun hazırkı prezidenti Yozef Blatterlə İordaniya şahzadəsi ƏIi ibn Əl-Hüseyn namizəddir.
Hollandiya Futbol İttifaqının prezidenti Mixael van Praq və Portuqaliya milli komandasının sabiq futbolçusu Luiş Fiqu namizədliklərini geri götürüb.
CNN telekanalı isə bildirir ki, tutulanların sayı 14-ə çata bilər.
FİFA məmurları İsveçrədə həbs olunublar. Bu barədə İsveçrə Ədliyyə və Polis Nazirliyi rəsmi açıqlama yayıb. Ali futbol qurumunun məmurları ABŞ hökuməti tərəfindən aparılan korrupsiya və rüşvətxorluq, habelə, dünya çempionatının təşkilatçı ölkə seçimi ilə bağlı araşdırma çərçivəsində tutulublar. Hazırda 6 funksionerin ABŞ-a ekstradisiyası gözlənilir. Açıqlamada bildirilir ki, ABŞ hökuməti onların 100 milyon dollardan çox rüşvət aldıqlarını bəyan edib. Ödəmələr ABŞ bankları vasitəsilə aparılıb.
FİFA-nın ictimaiyyətlə əlaqələr üzrə direktoru Valter de Qreqorio bildirib ki, qurumun prezidenti Yozef Blatter tutulanlar arasında yoxdur. O, məmurların həbsi ilə bağlı xəbəri şərh etmək istəməyib:
"Biz mətbuatdakı məlumatları gördük və bunları araşdırmaq niyyətindəyik. Hazırkı mərhələdə heç bir açıqlama vermirik".
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı