“Qəbələ” rəsmisi üsyan etdi: “Orda oturanlar hansı qərar qəbul etdiklərinə baxsınlar”
Bizi izləyin

İdman

“Qəbələ” rəsmisi üsyan etdi: “Orda oturanlar hansı qərar qəbul etdiklərinə baxsınlar”

“Qəbələ” rəsmisi üsyan etdi: “Orda oturanlar hansı qərar qəbul etdiklərinə baxsınlar”

AFFA İntizam Komitəsinin qərarına əsasən "Neftçi”nin futbolçusu Araz Abdullayevə "Qarabağ"la oyunda verilən qırmızı vərəqə ləğv edildi.

Beləliklə, Abdullayev 25-ci turda "Qəbələ" ilə səfər matçında "Neftçi"yə kömək edə biləcək. "Qəbələ" rəhbərliyi bu qərarla bağlı hansı fikirdədi?

Publika.az xəbər verir ki, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov İK-in bu qərarını haqsız sayır. Vitse-prezident idmanxeber.com-a verdiyi açıqlamada qərarın qeyri-peşəkar olduğunu bildirib:

"Düzgün qərar deyildi. Qərar çıxarılırsa bütün hallar üçün çıxarılmalıdır. Bu qərarı peşəkarlığa sığmayan addım kimi qəbul edirəm. Səhv varsa, hakimi cəzalandır və ya çempionatdan uzaqlaşdır. "Neftçi" istəyir ki, bizə qarşı əsas heyətlə oynasın. Məsələ İK-in bu qərarından gedir.

Hakim qərar veribsə, o zaman niyə ləğv olunur? Elədirsə, Erik Ramosun da hərəkətinə baxsınlar. Ramos orada boksda heç kimin vura bilmədiyi zərbəni vurdu. Ancaq buna hakim qırmızı vərəqə göstərmədi. Bunu AFFA tərəfindən qeyri-peşəkarlıq kimi qəbul edirəm. "Qəbələ" "Neftçi"ni məğlub edəcəksə, elə Araz Abdullayevlə bir yerdə edəcək. Bu qeyri-peşəkar qərardı.

Mənim etirazım İK-ədi. Orda oturanlar hansı qərar qəbul etdiklərinə baxsınlar. Harada görülübki, hakimin qərarını dəyişəsən? Dəyişmək olarsa, "Neftçi"ylə “Qəbələ”nin oyununda Mahir qapazla futbolçumuzun başına vurdu. Onunla bağlı da qərar verəydilər də... Bunu misal olaraq çəkirəm.

Hakim səhv edə bilər, ancaq onu cəzalandırmaq lazımdı. Daha hakimin qərarı ləğv olunacaqsa, onun meydana çıxıb ora-bura qaçması nəyə lazımdır?"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm