İdman
"Çətin döyüş oldu"
"Çətin döyüş oldu. Rəqib səviyyəli idmançı idi, təzyiq göstərməyə
çalışırdı. Amma çox şükür yarımfinala yüksələ
bildim".
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanı 69 kiloqram
çəkidə təmsil edən boksçu Pərviz Bağırov almaniyalı Abass Baraud
üzərində qazandığı qələbədən sonra deyib.
Görüşün əvvəldən çətin keçəcəyini bildiyini deyən boksçu rəqibini
yaxşı tanıdığını bildirib: "Dünən rəqibi izləmişdim. Onun necə
döyüşdüyünü təxmini bilirdim. Bu görüşə də ona uyğun
hazırlaşmışdım".
Yarımfinaldakı rəqibi haqqında danışan təmsilçimiz qələbə qazanmaq
üçün əlindən gələni edəcəyini vurğulayıb: "Yarımfinalda irlandiyalı
boksçu ilə qarşılaşacam. Onunla bir yerdə məşqlərdə olmuşuq.
İnanıram ki, onu da məğlub edib finala vəsiqə
qazanacam".
Döyüş vaxtı yüngül zədə alan Pərviz yarasının ciddi olmadığını
bildirib: "Döyüş vaxtı rəqibin başı dəydi. Amma elə də ciddi zədə
deyil. Ondan sonra rəqibin eyni yerə zərbələr endirməyə çalışmasını
başa düşürəm. Rinqdə hər şey olur. Gələcək rəqibimə həmin yerə
zərbə vurmasına imkan verməyəcəm".
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO