İdman
"Neftçi" - "Mladost" qarşılaşması yekunlaşıb - FOTO
Bakının “Neftçi” futbol komandası UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində ilk oyununu keçirib.
Publika.az xəbər verir ki, Bakı təmsilçisi iyulun 2-də “Bakcell Arena”da Monteneqronun “Mladost” komandasını qəbul edib.
Türkiyəli baş hakim Ali Palabıyığın idarə etdiyi oyunun 34-cü dəqiqəsində monteneqrolu futbolçu Duşan Laqator hesabı açıb. İki dəqiqə sonra "Neftçi"nin futbolçusu Kamal Qurbanov cavab topunu vurub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi heç-heçə yekunlaşıb.
İkinci hissədə üstünlüyü ələ alan "Neftçi" oyunun 55-ci dəqiqəsində rəqib qapısından ikinci topu keçirib. Ruslan Qurbanovun ötürməsini Araz Abdullayev qola çevirib. Lakin futbolçularımız qələbə hesabını qoruyub saxlaya bilməyiblər. Matçın 87-ci dəqiqəsində "Mladost"un futbolçusu Luka Mirkoviç hesabı bərabərləşdirib.
Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb.
Komandalar arasında cavab oyunu iyulun 9-da Monteneqroda keçiriləcək.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər