Nanini İstanbulda böyük izdiham qarşıladı - FOTOLAR
Bizi izləyin

İdman

Nanini İstanbulda böyük izdiham qarşıladı - FOTOLAR

“Fənərbaxça” bu yayın ən səs-küylü transferini reallaşdırıb.

Publika.az xəbər verir ki, karyerası ərzində cəmi iki klubun formasını geyinən 28 yaşlı Luiş Nani “Sarı-lacivərdlilər”in təklifini qəbul edib. Portuqaliya millisinin üzvü artıq İstanbuldadır. Dünən axşam saatlarında xüsusi təyyarəylə Türkiyəyə gələn təcrübəli futbolçunu hava limanında minlərlə “Fənərbaxça” tərəfdarı qarşılayıb.

Bu transferi karyerasında yeni səhifə kimi dəyərləndirən “Mançester Yunayted” və “Sportinq”in sabiq yarımmüdafiəçisi təyyarədən düşən kimi ilk təəssüratlarını bölüşüb:

“Burada olduğum üçün özümü xoşbəxt hiss edirəm. “Fənərbaxça” karyeramda yeni səhifə olacaq. Özümü yenidən sübut etmək üçün yaxşı fürsətdir. Mənə görə bura gələn azarkeşlərə futbol bacarığımı göstərmək üçün səbrsizlənirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Nani “Fənərbaxça”nı yaxşı tanıdığını da bildirib:

“Fənərbaxça” haqda əvvəldən də məlumatım vardı. Yüksək hədəfləri olan bir klubdur. Bruno Alveş, Raul Meyreleş kimi milli komanda yoldaşlarımla birlikdə oynayacam. Bu üzdən özünü evdəki kimi hiss edəcəm. İnanıram ki, yeni oyundaşlarıma da tez alışacam. “Fənər”in zəfər yürüşündə pay sahibi olmaq istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm