İKT
Dünyanın ilk üçekranlı noutbuku
“Razer” şirkəti Las-Veqasda keçirilən “CES 2017” sərgisi çərçivəsində qeyri-adi üçekranlı oyun noutbukunun prototipini təqdim edib.
Publika.az xəbər verir ki, “Blade Pro” modeli əsasında hazırlanmış “Project Valerie” adlı noutbuk işıqlandırma ilə təchiz edilmiş iki əlavə ekrana malikdir və yeni qurğunun qapağını açdıqdan sonra mərkəzi hissədən avtomatik olaraq açılır. 17.3 düymlük ekranların hər birinin təsvir ölçüsü 3840x2160 piksel (“4K Ultra HD”), ekranların ümumi təsvir ölçüsü 11520x2160 piksel təşkil edir. Noutbuk tərəfindən dəstəklənən “Nvidia Surround View” texnologiyası təsviri bütün ekranlar boyunca "dartmağa" imkan verir.
“Project Valerie” noutbukunun qalınlığı 3.8 santimetr, çəkisi isə 5.5 kiloqramdır. Noutbuk “Nvidia GeForce GTX 1080” videokartı ilə təchiz edilib. Şirkət “Project Valerie” noutbukunun başqa parametrləri haqda məlumat vermir.
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR