İKT
AppLab proqramının iştirakçısı startap müsabiqəsində qalib oldu
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab proqramında iştirak edən layihələrdən biri özünün ilk uğuruna imza atıb.
Proqram üzvü olan “Mango” layihəsi ADA Universitetində keçirilən “1st ADA University Ideation Competition” müsabiqəsində 20 namizəd arasında ən innovativ layihə kimi birinci yeri tutub.
Qeyd edək ki, “Mango” istifadəçilərə onların istək və tələblərinə uyğun olaraq səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. Bununla yanaşı proqram istifadəçiləri “Mango”nun köməyilə müxtəlif restoranlar barədə onları maraqlandıran suallara avtomatik şəkildə cavablar ala biləcəklər. Proqram Facebook və digər sosial şəbəkələrlə sinxron qaydada istifadə oluna biləcək.
“Mango” komandasında ADA Universitteində təhsil alan 4 tələbə faaliyyət göstərir. Onlar layihə ideyasının mobil tətbiqetməyə çevrilməsi üçün “Applab” proqramının ofisində 6 ay müddətində işləyəcək, Bakcell şirkəti və tərəfdaşları tərəfindən təqdim olununan müxtəlif təlim və seminarlarda iştirak edəcək, peşəkar məsləhətlər alacaqlar.
AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı