İOS sistemli telefonlarda bu proqram BAĞLANIR
Bizi izləyin

İKT

İOS sistemli telefonlarda bu proqram BAĞLANIR

"Apple" korporasiyası İOS sistemlə təchiz edilmiş ağıllı telefonların tətbiqləri arasından "iTunes" musiqi mağazasını bağlamaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu haqda "Weraveyou" portalı məlumat yayıb.

Belə bir qərar almağa korporasiyanı sövq edən əsas səbəblərdən biri Spotify, Apple Music kimi musiqi proqramlarının istifadəçilərinin sürətlə artması olub. iTunes-in modeli dəyişildiyi üçün istifadəçilərin sayı sürətlə azalıb. Artıq iTunes-də musiqiləri yalnız abunə olduqdan sonra (ödənişli şəkildə) dinləmək olur.

Portalın məlumatına görə, iTunes istifadəçiləri tərəfindən alınan bütün treklər, albomlar və pleylistlər Apple Music mediatekasına keçiriləcək. Bundan başqa, qeyri-leqal üsullarla yüklənən musiqilər dəstəklənməyəcək.

"iTunes" onlayn mağazası 2003-cü ilin aprel ayında alınıb. Hüquq sahibləriylə danışıqlar zamanı Apple şirkətinin təsisçisi Stiv Cobs təkid edirdi ki, musiqilər albom halında deyil, tək-tək və 99 sentə satılsın. 2011-ci ilin iyununda isə online-mağazada 15 milyardlıq dəyərdə kompozisiya satılmışdı. iTunes mağazalarından musiqi ilə yanaşı, həmçinin filmlər, televiziya verilişləri, audiokitablar və başqa materialları yükləmək olur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm