İKT
Süni intellekt laboratoriyası yaradılır
Avropanın süni intellekt sahəsində çalışan mütəxəssisləri ümumavropa laboratoriyasının yaradılması haqqında təklif irəli sürüblər.
Publika.az xəbər verir ki, alimlərin fikrincə,
bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan
qaldırmağa kömək edəcək. Hazırda süni intellektin inkişafı
elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdən biri hesab
olunur. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri
laboratoriya və mərkəzləri ABŞ ərazisində yerləşir. Həmçinin
ekspertlər bildirir ki, bu sahə üzrə Avropa ABŞ və Çindən xeyli
geridə qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri
“beyin axını” problemi ilə üzləşir.
Avropalı mütəxəsissilərin elm xadimlərinin açıq məktubda qeyd
etdikləri kimi, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS”
(European Lab for Learning and Intelligent Systems) tədqiqat
mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa
laboratoriyasında həm fundamental, həm də tətbiqi elmin inkişafına
xidmət edəcək mütəxəssislər cəmləşəcək. Müxtəlif ölkələrdən
seçiləcək olan alimlərin “ELLIS” süni intellektin tədqiqi sahəsində
dünya liderinə çevriləcəyi gözlənilir.
Layihənin cari il ərzində başlanılması planlaşdırılır. Bu məqsədlə
Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası
təşkilat yaradılmalı, təşkilatda iştirak üçün isə Avropa
ölkələrindən, eləcə də İsveçrə, Böyük Britaniya və İsraildən
alimlərin dəvəti gözlənilir. Mərkəzin tədqiqat fəaliyyəti ilə
yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması
ilə məşğul olacağı planlaşdırılır.
Könül Cəfərli
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO