MTRŞ ATV-yə XƏBƏRDARLIQ etdi
Bizi izləyin

İKT

MTRŞ ATV-yə XƏBƏRDARLIQ etdi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Publika.az-a verilən məlumatda bildirilir ki, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

ATV telekanalında həftə içi saat 10:00-12:00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası”na xəbərdarlıq elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm