İKT
Ən problemli telefonlar - BUNLARI ALMAYIN
Son illər sürətlə istehsal edilən və funksiyaları ilə bir-birindən seçilən smartfonların əslində kifayət qədər keyfiyyətli olmadığı aşkarlanıb. “Blancco” şirkəti 2018-сi ilin birinci rübündə smartfonların təhlükəsizliyi və keyfiyyəti üzrə apardığı araşdırmanın nəticələrini elan edib.
Publika.az xəbər verir ki, nəticələrə görə, “Android” platformaları arasında ən problemli və pis işləyən smartfonlar "Samsung” şirkətinə məxsus olub.
Bu smartfonlar 27,4 faiz göstərici ilə keyfiyyətsiz və problemli smartfonlar siyahısına liderlik ediblər.
Siyahıda ikinci yeri 14,2 faizlə bu gün görünüşü ilə "İphone"
modellərini xatırladan və kifayət qədər sürətlə bazara daxil olan
“Xiaomi” markalı smartfonlar tutur. Problemli işləyən smartfonlar
cədvəlində üçüncünü yerdə 9,6 fazilə “Motorola” smartfonları yer
alır.
Məlumata görə, “Android” əməliyyat sistemli smartfonlarda
məhsuldarlıq, kamera, mikrofon, akkumulyatorun enerjisinin tez
tükənməsi ilə əlaqədar problemlər müşahidə olunur. Bu ilin birinci
rübündə “Android” smartfonlarının 34 faizində məhsuldarlıqla bağlı
problemlər qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə bu
göstəricilər 10 faiz təşkil edib.
Ən problemli “Apple” smartfonu “iPhone 6” (22 faiz) seçilib. İkinci
pillədə 16 faizlə “iPhone 6s” modeli qərarlaşıb. Ekspertlər qeyd
edir ki, smartfonların hər ikisi sensor ekran, ekranın
gözlənilmədən sönməsi və ya boz rəngli zolaqlarla əlaqədar bir sıra
problemlərə malikdir. “Apple” smartfonlarında daha çox problem
“Bluetooth” və “Wi-Fi” ilə qoşulmada, eləcə də məhsuldarlıqda
müşahidə edilir.
Könül
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ