“Xaricidilli vikipediyalarda daha fəal olacağıq”
Bizi izləyin

İKT

“Xaricidilli vikipediyalarda daha fəal olacağıq”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən xaricidilli vikipediyalarda məqalələrin yaradılması prosesi davam edir.

Bu barədə Publika.az-a məlumatı AMEA MEK-in Sərbəst Elektron Resursları şöbəsinin müdiri Elnur Eltürk bildirib.

AMEA MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri xaricidilli vikipediyalarda fəaldırlar. Onlarla məqalələr tərcümə olunaraq vikipediyalara yerləşdirilir. Bu fəaliyyətə “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları könüllü olaraq böyük dəstək göstərirlər. Bu il AXC-nin və ordumuzun 100 illiyi ilə bağlı 500-dən artıq məqalə hazırlıanıb və 90 məqalə bir neçə dilə çevrilib xaricidilli vikipediyalarda yerləşdirilib. Xalq artisti Rasim Balayev haqqında məqalə ərəb, fars, türk və gürcü dillərinə tərcümə olunaraq yerləşdirilib. Azərbaycanın Milli Qəhrəmanları haqqında ingilisdilli vikipediyada məqalələrinin yaradılması prosesi davam edir. Artıq 10 məqalə yerləşdirilib. Fəaliyyət daha artıq intensivliklə davam edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm