İKT
“ASAN”la Vəkillər Kollegiyası arasında memorandum imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında memorandum imzalanıb.
Publika.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və səyyar hüquqi yardım xidmətləri sosial innovasiyaların tətbiqi ilə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri rəhbər tutulmaqla göstəriləcək.
Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.
Bu istiqamətdə ödənişsiz şifahi hüquqi məsləhətlərin verilməsi, iddia ərizələri və məhkəmə çəkişmələri ilə bağlı digər sənədlərin, dövlət və qeyri-dövlət orqanlarına yazılı müraciətlərin hazırlanması, habelə məhkəmə instansiyalarında təmsilçilik xidmətlərinin göstərilməsi təmin ediləcək. Həmçinin razılaşmaya əsasən, Dövlət Agentliyinin əməkdaşları və ASAN könüllüləri üçün hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də nəzərdə tutulur.
Könül
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq