Bakı finalı Azərbaycana marağı kəskin artırdı - STATİSTİKA
Bizi izləyin

İKT

Bakı finalı Azərbaycana marağı kəskin artırdı - STATİSTİKA

UEFA Avroliqa final yarışının Bakıda keçirilməsi internet resurslarında ölkəmizlə bağlı axtarışların kəskin artmasına səbəb olub.

Publika.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə feysbuk səhifəsində yazıb.

Millət vəkili populyar vikipediya internet ensiklopediyasının müxtəlif dil seqmentlərinə müqayisəli axtarış apardığını qeyd edib:

"Belə ki, əsas kimi "Azərbaycan", "Bakı" və "Dağlıq Qarabağ" sözlərinin baxılma statistikasına baxdım.

"Azərbaycan " məqaləsinə ingilis dilli seqmentdə 28 mayda 17 min, 29 mayda 61 min dəfə baxılıb ( bu məqalə seçilmiş məqalə statusundadır, müqayisə üçün bildirim ki, ingilis dilində "Ermənistan" məqaləsi seçilmiş məqalə deyil ).

Bu məqalə müvafiq olaraq rus dilində iki gün ərzində 2,7 min və 3, 5 min dəfə, ispan dilində 2,4 min və 15 min dəfə, italyan dilində 1,5 min və 12, 8 min dəfə, ftansız dilində 1,3 və 11, 3 min dəfə baxılıb.

"Bakı" məqaləsinə ingilis dilli seqmentdə 28 mayda 8, min, 29 mayda informasiya yoxdur, rus dilində müvafiq olaraq 1,2 min və 2,5 min dəfə, ispan dilində 1,4 min və 13, 1 min dəfə, italyan dilində müvafiq olaraq 1,4 min və 22, 5 min dəfə, fransız dilində 663 və 10 min dəfə baxılıb.

"Dağlıq Qarabağ" məqaləsinə ingilis dilli seqmentdə 28 mayda 1,6 min , 29 mayda 4 min dəfə baxılıb, rus dilində müvafiq olaraq 876 və 1,6 min dəfə, ispan dilində 269 və 1 min dəfə, italyan dilində müvafiq olaraq 251 və 900 dəfə, fransız dilində 317 və 634 dəfə baxılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm