Məşhur şirkət 1,1 milyard cərimələndi
Bizi izləyin

İKT

Məşhur şirkət 1,1 milyard cərimələndi

Fransa ABŞ-ın “Apple” şirkətini cərimələyib.

Publika.az xəbər verir ki, Fransız Rəqabət Təşkilatı texnologiya şirkətinə rəqabət qaydalarını pozduğu üçün 1,1 milyard avro məbləğində cərimə kəsib.

Qurumdan verilən açıqlamada “Apple”ın öz paylama şəbəkəsindən istifadə edərək qanunsuz razılaşmalar əldə etdiyi və müstəqil paylama şəbəkələrinin də “iqtisadi asılılıqları”ından sui-istifadə olunduğu bildirilib.

Bundan başqa, “Apple”a aid toptançı “Tech Data” şirkətinə 63 milyon, “Ingram Micro”ya isə 76 milyon avro cərimə kəsilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm