"Tik-tok" bu xidmətə görə "Instagram"ı geridə qoydu
Bizi izləyin

İKT

"Tik-tok" bu xidmətə görə "Instagram"ı geridə qoydu

"Instagram" sosial şəbəkəsinin baş icraçı direktoru Adam Mosseri "Tik-tok"la bağlı maraqlı açıqlama verib.

Publika.az xarici medialara istinadən bildirir ki, A.Mosseri müsahibələrindən birində, hər iki sosial şəbəkəni müqayisə edərək "Tik-tok"un qısa video formatına görə "Instagram"dan üstün olduğunu deyib.

A.Mosseri bildirib ki, "Instagram" məhs "Tik-Tok"dan ilhamlanaraq "Reels" qısa müddətli video xidmətini təqdim etməsi də istifadəçiləri kifayət qədər qane etməyib.

Qeyd edək ki, "Instagram" "Tik-Tok"un rəqibi "Reels"i ötən ilin avqustunda istifadəçilərin ixtiyarına verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm