İKT
Bu şirkətlərin səhmləri rekord həddə ucuzlaşdı
Amerikanın “Apple” və “Tesla” şirkətlərinin səhmləri bu gün hərracda kəskin ucuzlaşıb.
Publika.az xəbər verir ki, bu barədə BBC yayım korporasiyasına istinadla xəbər verir. "Tesla" səhmləri 2021-ci ilin noyabrından 73% azalaraq 109 dollara düşüb. "Apple" səhmləri isə 130 dollara düşüb. Bu, 2021-ci ilin iyunundan bəri müşahidə olunan ən aşağı göstəricidir.
BBC bu tendensiyanı investorların Çindən komponentlərin tədarükü ilə bağlı narahatlıqları ilə izah edib.
“İnvestorlar ehtiyatlı olacaqlar və bütün dünya üzrə tənzimləyicilər tərəfindən yüksək faiz dərəcələri, qlobal iqtisadiyyatın yavaşlaması və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda böyük investisiyalar qoymayacaqlar”, - yazıda deyilir.
Qeyd edək ki, ABŞ Çinin 28 şirkətinə superkompüter və yarımkeçiricilərin istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub.
Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Senatındakı respublikaçılar "Apple"ni Çin istehsalı olan yarımkeçiricilərdən istifadə etməməyə çağırıblar, əks halda şirkət Konqres tərəfindən “təftiş”lə üzləşəcək.
Ayşən
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər















.webp)






















