İKT
Apple ilk sensor ekranlı noutbukunu hazırlayır
Apple şirkəti sensor ekranlı ilk noutbukunu buraxmağa hazırlaşır. Yenilik 2025-ci ildə istifadəçilərin ixtiyarına veriləcək.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bu MacBook Pro-nun yeni versiyasıdır. Ehtimal olunur ki, ekrandakı toxunma təbəqəsi istisna olmaqla, zahiri cəhətdən onun sələflərindən köklü şəkildə fərqlənməyəcək. Cihazın buraxılması ilə Apple mühəndisləri hələlik yalnız siçan və klaviatura ilə işləmək üçün nəzərdə tutulmuş macOS əməliyyat sistemini uyğunlaşdırmalı olacaqlar.
Keçmiş və indiki rəhbərlik toxunma ekranlı noutbuklar ideyasına fəal şəkildə müqavimət göstərir.
Belə ki, Apple şirkətinin həmtəsisçisi Stiv Cobs bir dəfə sensor ekranın kompüterə inteqrasiyası ideyasını “erqonomika baxımından dəhşətli” adlandırmışdı. Şirkətin hazırkı rəhbəri Tim Kuka gəlincə, 2012-ci ildə o, Microsoft-un planşet və noutbukları bir-birinə ötürmək layihələrinin "tosteri soyuducu ilə birləşdirməyə" bənzədiyini söyləyib.
Ayşən
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər















.webp)






















