Ekopublika.az
Yanvar ayında xarici ticarət dövriyyəsi 3,2 milyard dolları təşkil edib
Cari ilin yanvarında Azərbaycan Respublikasının rezidentləri 101 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçiriblər
Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu dövrdə 46 ölkəyə əmtəə ixrac olunmuş, 99 ölkədən idxal edib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-si Amerika, 34-ü Asiya ölkələridir.
Ay ərzində xarici ticarət dövriyyəsi 3,2 milyard ABŞ dolları, o cümlədən ixrac 2,7 milyard dollar, idxal isə 535,2 milyon dollar olmuş, nəticədə 2,1 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında ərzaq malları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq 119,1 milyon dollara çatmışdır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO