Ekopublika.az
Son bir ayda 1636 dəfə əmək qanunvericiliyi pozulub
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. DƏMX aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib. Cərimələrin ümumi məbləğinin 30 faizi (172 608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.
DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda, işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2 faiz, ümumən cari ilin yanvar-iyul aylarında isə 12,5 faiz azalmasına səbəb olub.
Gülnar Əliyeva
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ