Ekopublika.az
Azərbaycanda gözlənilən inflyasiya

2015-ci ildə Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə qalacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il yanvar-iyun ayları üçün “Pul siyasəti icmalı”nda deyilir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin birinci yarısında orta illik inflyasiya 3,5 faiz təşkil edib.
İcmalda bildirilir ki, hesabat dövründə çörək məmulatları və yarmalar 9,5 faiz, yağ və piylər 11,8 faiz, meyvələr 10,5 faiz, qəhvə, çay və kakao isə 9,4 faiz bahalaşıb:
“2015-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 8,7 faizlik artım müşahidə olunub. Qiymət artımı heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 15,6 faiz, balıq və balıq məhsulları üzrə isə 3,8 faiz olub”.
Hesabata əsasən, 2015-ci ilin I yarısında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, mövsümi amillər, pul bazası və dünya ərzaq qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib.
İcmalda qeyd edilir ki, xarici ticarət tərəfdaşı olan ölkələrdə orta illik inflyasiya 8,2 faiz (qeyri-neft idxal çəkili orta) təşkil edib.
AMB-nin Beynəlxal Valyuta Fondunun proqnozları əsasında apardığı hesablamalara görə 2015-ci ilin yekunu üzrə əsas ticarət tərəfdaşlarında orta illik inflyasiya 7,9 faiz təşkil edəcək.

-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?
-
Səhiyyə9 Fevral 20:48
Xərçəng hüceyrələrini BƏSLƏYƏN ƏZA - Bütün növləri metastaz verə bilər