Ekopublika.az
Dövlət müəssisələrində kim nə qədər maaş alır?
Cari ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələrində işləyən 68,9 min muzdlu işçinin 70,5 faizi dövlət müəssisələrində, 29,5 faizi özəl bölmədə işləyib.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, işçilərin 50,2 faizi yerüstü və boru kəməri, 10,0 faizi su, 17,9 faizi hava nəqliyyatı, 21,9 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,9 faiz artaraq 544,0 manat olub. Bu göstərici dəniz nəqliyyatında 1052,0 manat, hava nəqliyyatında 818,7 manat, metro nəqliyyatında 583,2 manat, avtomobil nəqliyyatında 397,7 manat, dəmir yolu nəqliyyatında isə 250,3 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 44,3 faiz, hava nəqliyyatında 5,0 faiz, dəmir yolu nəqliyyatında 16,7 faiz, boru nəqliyyatında isə 1,4 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,4 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,8 faiz artaraq 746,8 manat olub.
İqtisadiyyat şöbəsi
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi