Ekopublika.az
Qüdrət Həsənquliyev Naxçıvana ayrılan dotasiyanın azaldılmasına etiraz edib
"2016-cı ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın həcmi artırılmalıdır".
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın həcmi 15,4 mln. manat, investisiya xərcləri isə təqribən 4 dəfə azaldılıb. Q. Həsənquliyev Azərbaycan üçün strateji əhəmiyyəti olan Naxçıvana dotasiyaların artırılmasının tərəfdarı olduğunu bəyan edib: “Hesablama Palatası çox gözəl bir rəy hazırlayıb və öz təkliflərini verib. Mən hesab edirəm ki, hökumət Hesablama Palatasının təkliflərini diqqətlə öyrənməlidir. Həmin sənəddə Ermənistanla müqayisə aparılıb və qeyd olunub ki, Azərbaycanda 2016-cı ildə real artım 2,5%, Ermənistanda isə 0% olacaq. Mən də Ermənistanla bir müqayisə aparmaq istəyirəm. Ermənistan 2,6 milyard dollarlıq büdcəsindən işğal etdiyi Dağlıq Qarabağa 114 milyon dollar vəsait ayırıb. Amma biz Azərbaycan üçün son dərəcə strateji əhəmiyyəti olan, işğal səbəbindən birbaşa Azərbaycanla torpaq əlaqəsi olmayan Naxçıvana dotasiyanı 15,4 milyon manat azaldırıq. Büdcə zərfinin müzakirəsi zamanı mən bəzi KİV-də sifarişli yazılar oxudum ki, Naxçıvana daha çox investisiya ayrılır. Sifarişli yazı olduğu hiss olunurdu. Naxçıvana bu il həm də investisiya xərcləri təqribən 4 dəfə azalıb. Cəmi, səhv etmirəmsə, 14 milyon manat vəsait ayrılıb. Keçən il bu rəqəm 50 milyon manat idi. Ona görə bu məsələni qaldırıram ki, Naxçıvan Türkiyə ilə əlaqələri hesabına yaşayırdı. Hazırda isə PKK terror təşkilatı Naxçıvanla Türkiyəni birləşdirən yolu nəzarətə götürüb və bu səbəbdən yükdaşıma xeyli dərəcədə məhdudlaşıb".
Q. Həsənquliyev Naxçıvana xüsusi diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: "Naxçıvana xüsusi diqqət yetirmək lazımdır ki, əhali iş tapsın və başqa bölgələrə getməsin. Orada sənaye inkişaf etdirilməlidir, əhalinin sosial durumu yaxşılaşdırılmalıdır. Naxçıvan dağlıq bölgə olduğundan kənd təsərrüfatı üçün yararlı torpaqlar azdır. Həmişə qeyd edirəm ki, mərkəzi hökumət Naxçıvana xüsusi diqqət göstərib. Bundan sonra da diqqəti bir az da artırmalıdır".
Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, Q. Həsənquliyevin qaldırıldığı məsələlərə baxılacaq.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?