Ekopublika.az
“Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb
Mərkəzi Bankın sədri Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Publika.az xəbər verir ki, görüş zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları və ölkədə nağdsız ödənişlərin inkişafı üzrə strateji istiqamətlərə dair məsələlər müzakirə edilib. MB sədri E.Rüstəmov “MasterCard”ın Mərkəzi Bank ilə əməkdaşlığı çərçivəsində ölkədə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini bildirib.
O, Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirilərək bu sahədə beynəlxalq tendensiyaların daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Belə ki, cari ildə qeyd olunan istiqamətdə kompleks tədbirləri özündə əks etdirən Dövlət Proqramı layihəsi beynəlxalq təcrübə əsasında hazırlanaraq hökumətə təqdim olunub. Ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin və ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədi ilə “Ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb.
Görüşdə Xavier Perez təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirərək əlaqələrin bu gün də çox uğurla davam etdirilməsində Mərkəzi Banka öz təşəkkürünü bildirib. O, nağdsız ödənişlərin inkişafının “MasterCard” təşkilatının bütün dünya ölkələri üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə “MasterCard” ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda X.Perez “MasterCard” təşkilatının Azərbaycanın yüksək inkişaf templərini gələcəkdə də saxlayacağına inamlı olduğunu bildirərək, hazırda Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd edib. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdikcə artacağına əminliyini söyləyib.
Ölkəmizdə nağdsız ödənişlərin inkişafına yaxından dəstək olacağını qeyd edərək, X.Perez Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirib.
Görüşdə həmçinin, Mərkəzi Bank ilə “MasterCard” arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri və ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunub.
İqtisadiyyat şöbəsi
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO