Şəkər və şəkər tozu istehsalı azalıb
Bizi izləyin

Ekopublika.az

Şəkər və şəkər tozu istehsalı azalıb

Azərbaycanda qənd və şəkər tozu istehsalı azalıb.

Publika.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-oktyabr aylarında 303,1 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% azdır.

01.11.2015-ci il vəziyyətinə qənd və şəkər tozu üzrə hazır məhsul ehtiyatı 21,3 min ton olub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə isə 2015-ci ilin 10 ayında şəkər ixracı 5,4% azalaraq 182 milyon 586,7 min dollar məbləğində olub. Ötən ilin eyni dövründə isə Azərbaycan 193 milyon 98 min dollarlıq şəkər ixrac edib.

Ölkəyə şəkər idxalı da azalır. 10 ayda şəkər idxalı təxminən 40% azalaraq 96 milyon 737 min dollar məbləğində olub. Ötən ilin 10 ayında isə Azərbaycan 160 milyon 855 min dollarlıq şəkər idxal edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm