Türkiyədən Azərbaycana tranzit yükdaşımaları artırılacaq
Bizi izləyin

Ekopublika.az

Türkiyədən Azərbaycana tranzit yükdaşımaları artırılacaq

Ankarada Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil əlaqələri sahəsində Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan və Türkiyə arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının vəziyyəti, statistik məlumatların mübadiləsi, daşımaların inkişaf perspektivləri, yük və sərnişin daşımalarında mövcud problemlər və onların həlli yolları, Azərbaycan-Türkiyə avtodaşıyıcılarını maraqlandıran digər məsələlər (viza, sərhəd-keçid məntəqələrindəki iş rejimi, ağırtonnajlı və iri qabaritli nəqliyyat vasitələrinin hərəkəti, təhlükəli yüklərin daşınması, sığorta məsələləri) və 2016-cı il üçün icazə blanklarının kontingentinin təyin olunması müzakirə olunub.

İclasda, həmçinin, respublikaların ərazisinə daşınan tranzit yüklərin həcminin artırılması, şimal, cənub, şərq, qərb dəhlizlərindən Türkiyə avtodaşıyıcılarının tranzit keçidinin artırılması ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.

Daha sonra Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının protokolu imzalanıb.

Azərbaycan tərəfdən sənədi Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev, Türkiyə tərəfdən isə Nəqliyyat Dənizçilik və İnformasiya Nazirliyinin Quru Yolu Düzənləmə qurumunun baş müdir yardımçısı Hüseyn Yılmaz imzalayıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm