Neftin qiyməti 11 illik minimuma düşdü
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 11 illik minimuma düşdü

Dünya bazarında "Brent" markalı neftin bir barelinin qiyməti son 11 ilin ən minimal həddinə enib.

Publika.az xəbər verir ki, bu gün səhər saatlarında "Brent" markalı neftin bir barelinin qiyməti 36,18 dollara düşüb.

Qeyd edək ki, bu qiymət "Brent"in 2008-ci ilin dekabrında satıldığı 36,20 dollar/barel səviyyəsindən aşağıdır.

Neft qiymətlərinin enməsinə səbəb ABŞ Konqresində neft ixracı embarqosunun qaldırılması və İran neftinin bazara çıxarılması ilə bağlı hazırlıq görməsi xəbərləri olub.

"Report"un analitik qrupu xəbər verir ki, "Brent" markalı neftin qiymətinin ardıcıl bir neçə gün 36,20 dollar/barel səviyyəsindən aşağı qalacağı təqdirdə, qiymətlərin 23 dollar/barelə qədər enməsi ehtimal edilir. İran neftinin bazara daxil olması və Çin iqtisadiyyatının zəif göstəricilərinin açıqlanması 2016-cı ilin ilk rübündə neftin qiymətini kəskin aşağı sala bilər. Uzunmüddətli perspektivdə isə neftin qiyməti 20-50 dollar/barel diapazonunda dəyişəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm