Ekopublika.az
Bakının yeni rəmzi təklif olunur – Foto
““Bakı nişan meydanı” daha bir memarlıq şedevri olacaq”.
Azərbaycan paytaxtı üçün “Bakı nişan meydanı” meydanının yaradılması ilə bağlı yeni layihə təklifi var.
Oxu.Az xəbər verir ki, bu meydanın yaradılması təşəbbüsü ilə Azərbaycanda ilk İnternet-radionun yaradıcısı, PR və Marketinq sahəsində ekspert Zaur Darabzadə çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan paytaxtının hər tərəfdən görünən məkanlarından birində Bakının rəmzinin (“Bakı nişan meydanı”) inşası bu müasir, eyni zamanda zəngin tarixə malik şəhərin əzəmətinin, sürətli inkişafının nümayişi olardı.
Layihənin məqsədləri haqda danışan Z.Darabzadə bildirib ki, “Bakı nişan meydanı” paytaxtdakı digər innovasiya layihələrilə yanaşı, daha bir memarlıq şedevri olacaq:
“Meydan Bakının paytaxta üz tutan xarici turistlərin yaddaşına Xəzər sahilində yerləşən 4 milyon əhaliyə malik meqapolis kimi həkk olunmasına səbəb olacaq”.
Meydanın hündür ərazidə - Teleqüllə yaxınlığında inşa olunması planlaşdırılır. Bu ərazi şəhərin müxtəlif hissələrindən əla görünür və bu üzdən həmin ərazini layihə üçün daha əlverişli hesab etmək olar. Axşam saatlarında meydanın xüsusi işıqlandırılması “Bakı nişan meydanı”-nı nəinki Dənizkənarı bulvarda dincələnlərin, həmçinin Heydər Əliyev, Nobel prospektləri və Zığ şossesi istiqamətlərindən şəhərə daxil olan yollardan asanlıqla görməsinə imkan yaradacaq.
“Bakı nişan meydanı” Dağüstü Park, Flame Towers, Teleqüllə və Funikulyordan ibarət memarlıq ansamblı və işıqlandırma sistemini tamamlayacaq”, - deyə Z.Darabzadə bildirib.
Bakıda inşası təklif olunan meydana dünyanın bir sıra ölkələrindən analoq gətirmək olar. Bunlar Hollivud (ABŞ), Bollivud (Hindistan), Vellivud (Vellinqton, Yeni Zelandiya), Pataye (Tailand), Braşovadakı (Rumıniya) və digər bir neçə şəhərdə olan komplekslərdir.
Bu şəhərlərin təcrübəsi göstərir ki, bu cür tikililər turistlər və şəhər sakinləri üçün ecazkar rəmzə çevrilir.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri