Fond 117 milyon manat xərcləyəcək
Bizi izləyin

Ekopublika.az

Fond 117 milyon manat xərcləyəcək

İndiyədək lisenziyası ləğv olunan kommersiya banklarının hər bir üzrə sığorta hadisəsi təsdiqlənərək əmanətçilərə kompensasiyalar ödənilərsə, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) aktivində 14,7 mln. manat həcmində vəsait qalacaq.

Publika.az xəbər verir ki, bunu ƏSF-nin icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Əgər digər banklarda da sığorta hadisəsi olarsa, biz vəsaitləri ödəyəcəyik və 14,7 mln. manat vəsaitimiz qalacaq".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu il "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı" və "Texnikabank" ASC-nin lisenziyası ləğv edilib. Bunlardan "Bank of Azerbaijan" üzrə artıq kompensasiyaların ödənilməsina başlanılıb, "Gəncəbank" üzrə sabah başlayır, "United Credit Bank" üzrə isə sığorta hadisəsi təsdiqlənib.

Bu ilin əvvəlinə ƏSF-in ümumilikdə 132 mln. manat həcmində aktivi olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm