"Texnikabank" müflis elan olundu: iflas proseduru başladı
Bizi izləyin

Ekopublika.az

"Texnikabank" müflis elan olundu: iflas proseduru başladı

Dünən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-1541/20160 saylı qərarı ilə "Texnikabank" ASC müflis elan edilib.

Publika.az-ın məlumatına görə, artıq iflas proseduruna başlanılıb, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib.

Qeyd edək ki, "Banklar haqqında" Qanunun 72-ci maddəsinə əsasən:

- bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;
- banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;
- bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;
- qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
- bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;
- bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

“Texnikabank” ASC qarşısında öhdəlikləri olan şəxslər borclarının ödənilməsi və ya məlumat almaq üçün bankın baş ofisi ilə yanaşı, filial və şöbələrinə də müraciət edə bilərlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm