Neftin qiyməti 35 dolları keçdi
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti 35 dolları keçdi

Əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,90 dollar artaraq 31,25 dollar təşkil edib.

Publika.az-ın məlumatına görə, “Brent” markalı neft də bahalaşıb. Bu neftin 1 barelinin dəyəri 0,59 dollar artaraq 35,09 dollar olub.

Azərbaycan nefti də bahalaşıb. "AzeriLight"ın bir barelinin qiyməti 2,34 dollar və ya 7,19% artaraq 34,88 dollar təşkil edib.

Qızıl isə ucuzlaşıb. Qiymətli metalın unsiyasının dəyəri 2,20 dollar düşərək 1209,20 dollar olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm