
Mərkəzi Bankın (MB) bu günə olan məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi fevralın 19-u ilə müqayisədə bir qədər də azalaraq 1,5604 AZN olub.
Publika.az-ın hesablamasına görə, bu o deməkdir ki, dollar bu gün 0,0031 manat ucuz satılacaq. Belə ki, fevralın 19-da dolların məzənnəsi 1,5635 manat idi.
Avrozonanın vahid valyutası da bu gün manata nisbətdə dəyər itirib. Belə ki, bu gün avro 1,7336 manatdan satılacaq.
Qeyd edək ki, fevralın 19-da avro 1,7395 manatdan satılıb.
İqtisadiyyat